atatv.az
atatv.az

Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

3-04-2020, 00:25

Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü


ABŞ-ın Con Hopkins Universiteti dünyada koronavirusa yoluxma halları ilə bağlı son hesablamalarını açıqlayıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 1 milyonu ötüb.

Bildirilir ki, koronavirusa yoluxanların sayı 1 002 159-a çatıb. Dünyada 51 485 nəfər pandemiyanın qurbanı olub.

Universitet rəsmi mənbələri və KİV üzrə statistikanı ümumiləşdirib.

Daha əvvəl TASS da bildirib ki, dünyada azı 50 min insan koronavirusun qurbanı olub.

Xəstəlikdən ölüm halları ən çox İtaliyada (13 915) qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının ən böyük sayı İspaniyada (10 003), ABŞ-da (5 316), Fransada (4 503), Çində (3 287), İranda (3 160), Böyük Britaniya (2 921), Niderlandda (1 339), Belçikada (1 011), Almaniyada (1 001) qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanınazı 165 ölkəsində yayılıb. Virusun aşkarlandığı son dövlət Malavidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930