atatv.az
atatv.az

Şəxsi avtomobildən istifadə qaydası müəyyənləşdi - RƏSMİ

3-04-2020, 13:54

Şəxsi avtomobildən istifadə qaydası müəyyənləşdi - RƏSMİ


Yaşayış yerini tərk etmək üçün icazə alan vətəndaşların hansı halda şəxsi avtomobillərindən istifadə etməsi müəyyənləşib.

"BakuPost" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

Onun sözlərinə görə, dövlət orqanları, şirkətlər Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sisteminə əməkdaşlarının adını daxil etməklə yanaşı, nəqliyyat vasitələrinin də adını daxil edə bilirlər:

“Təbii ki, nəqliyyat vasitəsinin qeydiyyatı lazımdır. Amma əsas məsələ həmin nəqliyyat vasitəsinin içərisində olan şəxsin də icazəsinin olmasıdır. İcazə alan vətəndaş öz nəqliyyat vasitəsindən istifadə edə bilər. Amma qeydiyyatdan keçən nəqliyyat vasitəsində icazəsi olmayan vətəndaşların daşınması yolverilməzdir. Burada əsas hədəf nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması deyil, vətəndaşlar arasında təmasın minimuma endirilməsidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930