atatv.az
atatv.az

İcazə üçün bir saat əvvəldən müraciət edilməlidir - Video

3-04-2020, 15:51

İcazə üçün bir saat əvvəldən müraciət edilməlidir - Video


Biz gözləyirik ki, evdən çıxmağa icazə üçün qısa müddət ərzində SMS xidmətinə kütləvi müraciətlər olacaq. Onun üçün vətəndaşlardan səbrli olmağı xahiş edirik.

Atatv.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov Azərbaycanda karantin rejimində evdən çıxma qaydalarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, cavablar 5-10-15 dəqiqə gecikə bilər:

"Ümumiyyətlə biz planlaşdırıq ki, SMS-lərə ən gec bir saat ərzində cavab verilə bilər. Vətəndaşlar öz işlərini planlaşdırarkən bu bir saatı nəzərə alsınlar. Bir saat qabaqcadan öz müraciətlərini etsinlər. Əgər onların müraciətindən sonra icazə SMS-i almayıblarsa, vətəndaşlar səbirli olsunlar. Ümumiyyətlə cavab gəlməsə, aidiyyəti üzrə Çağrı mərkəzinə - "9108" nömrəsinə müraciət etsinlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930