atatv.az
atatv.az

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB

4-04-2020, 14:38

Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB


Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır.

“Report” xəbər verir ki, o, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.

13:54

Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar ilk ölüm faktı qeydə alınıb.

Vəfat edən şəxs Marneuli bölgəsindən olan 79 yaşlı qadındır.

Apsny.ge agentliyi xəbər verir ki, bu haqda Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.

L.Ratiani bildirib ki, COVID-19-a yoluxan şəxs martın 31-də xəstəxanaya yerləşdirilib. Xəstəyə ağciyər iltihabı və sepsis diaqnozu qoyulub. O, bu gün səhər saat 9:00 radələrində vəfat edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930