atatv.az
atatv.az

Sumqayıtda “maska” problemi olsa da, “Evdə Qal” kompaniyası uğurla davam etdirilir

4-04-2020, 22:20

Sumqayıtda “maska” problemi olsa da,  “Evdə Qal” kompaniyası uğurla davam etdirilir

Bu gün ölkəmizin bütün ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, əksər dövlət qurumları mübarizə tədbirlərinin həyata keçirilməsi işlərinə səfərbər olunmuş və hal-hazırda bu yöndə ciddi tədbirlər də görülməkdədir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) elan edilməsi səbəbindən, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaları qadağan olunmaqla bərabər, digər yaş həddində olanların da hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur.

Bütün bunları nəzərə alaraq dünən İctimai Xəbər Agentliyi MMC-nin və ATATV.Az xəbər portalının əməkdaşları olaraq Sumqayıt şəhərində olduq. Başlıca məqsədimiz şəhər ərazisində xüsusi karantin rejiminə necə əməl olunub-olunmaması haqda lazımi məlumatları əldə etmək idi. Ümumi müşahidələrimiz zamanı bəlli oldu ki, “Evdə qal” kompaniyası çərçivəsində polis əməkdaşları, hərbçilər şəhərə daxil olan hər bir nəqliyyat vasitəsini diqqətlə yoxlayır, şəhərə qeydiyyatı olmayan şəxsləri geri qaytarır, bir sözlə üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirirlər. Sumqayıtın Heydər Əliyev prospektində xidməti vəzifələrini yerinə yetirən yol polisi əməkdaşlarının fəaliyyətləri, heç də diqqətimizdən kənarda qalmadı. Şəhər İcra Hakimiyyətinə məxsus inzibati binanın qarşısında “Evdə qal” reklam lövhəsi yerləşdirilib ki, bu da hər bir sakinin xüsusi karantin rejiminin tələblərinə əməl etməsi üçün, birbaşa maarifləndirici təbliğat rolunu oynayır. ŞİH-nə məxsus binanın yaxınlığında xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ilə bərabər, hərbçilər də onlara həvalə olunmuş vəzifələrini lazımınca yerinə yetirirdilər. Ərazidə sakinlərdən kimsə çölə çıxırdısa dərhal onları saxlayıb səbəbini soruşur və evə qayıtmalarını, sağlamlıqlarının qayğısına qalmalarını onlara izah edirdilər.

Sumqayıtda Səməd Vurğun küçəsində və “Göyərçin” parkında da olduq və görülən tədbirlərlə də, yaxından tanış ola bildik. Gördük ki, parkın ərazisinə giriş tam şəkildə bağlanıb, belə bir səbəb üzündən də, ərazidə kimsə görünmür.

Bundan əlavə, şəhər ərazisində fəaliyyət göstərən apteklərdə yaşanan vəziyyətlə də maraqlandıq və öz gözlərimizlə gördük ki, hər bir aptekdə sakinlərin sıxlığı var. Bəli, insanlar mövcud problemlə bağlı apteklərdən “maska”, əlcək almaq istəyirdilər. Bəzi apteklərdə spirt, rezin əlcək olsa da, “maska” qıtlığı mövcud idi. Çünki, apteki işlədənlər bildirirdilər ki, “gündəlik 50 ədəd “maska” verilir, bu da müəyyən problemin əmələ gəlməsi ilə nəticələnir”. Bəzi sakinlər isə bildirdilər ki, “şəhər ərazisindəki aptektər “maska”nı iki-üç dəfə baha qiymətə satırlar”. Diqqət yetirdiyimiz ərazinin yaxınlığındakı “İntermet Tibb Mərkəzi”nin fəaliyyəti ilə də, az-çox maraqlana bildik. Bəzi apteklərlə maraqlandıqda isə, “maska”nın olmadığını bildirsələr də, rezin əlcək olduğu dilə gətirdilər. ŞİH-nə məxsus binanın yaxınlığında fəaliyyət göstərən “Zəfəran” aptekdə çalışanlar isə, oxşar cavabı verdilər. Onlar bizə “bu gün 400 ədəd satmışıq” deyə cavab verdilər.

Gözlərimizin şahidi olduq ki, ulu öndər Heydər Əliyevin adına olan parkda da, giriş-çıxış tam şəkildə bağlanılıb. Parkı ərazisində tək-tək adamlara rast gəlmək olur ki, onlar ya mağazaya, ya da ki, aptekə gedirdilər. Bu parkın əlavə hissəsində də olduq, həmin yerdə də sakitlik mövcud idi.

Bütün bunlar onu göstərir ki, bu gün Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin şərtləri lazımi səviyyədə həyata keçirilir. Belə bir addımın atılması hər bir sakinin təhlükəsizliyinin və sağlamlığının qorunması yöndə atılmışaddımlardır.

Rasafil Bayramov
İctimai Xəbər Agentliyi MMC-nin rəhbəri,

Yaşar Kərimov
ATATV.Az xəbər portalının baş redaktoru

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930