atatv.az
atatv.az

"Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb

6-04-2020, 11:08

"Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb


"Azsığorta" ASC 2019-cu ili 769 min manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbərən 82,55% azdır.

Ötən il "Azsığorta"nın gəlirləri 19,173 milyon manat (illik müqayisədə 36,2% az), xərcləri 18,212 milyon manat (26,1% az), mənfəət vergisi ödəmələri isə 192 min manat (81% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azsığorta”nın aktivləri 58,245 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 11,9% azalaraq 23,187 milyon manata düşüb, balans kapitalı isə 1,9% artaraq 35,058 milyon manata çatıb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930