atatv.az
atatv.az

Türkiyəyə qarşı plan: Putin Şoyqunu təcili Dəməşqə göndərdi – Sensasiya

9-04-2020, 10:30

Türkiyəyə qarşı plan: Putin Şoyqunu təcili Dəməşqə göndərdi – Sensasiya

Rusiya və Türkiyə arasında Suriyada atəşkəs elan olunmasından bir neçə gün sonra BƏƏ şahzadəsi Məhəmməd bin Zayed milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Əli əl-Şəmsini Dəməşqə göndərərək, rejim başçısı Bəşər Əsədlə görüşdürüb.

Atatv.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Görüşdə Ankara və Moskva arasında əldə edilmiş anlaşmanın pozulması üçün Əsədə 3 milyard dollar vəd ediliyi, mart ayının sonunadək 1 milyard dollar məvacibin ödənəcəyi bildirilib.

Görüşün ABŞ-dan gizlədildiyi qeyd edilib, bunun səbəbi isə Vaşinqtonun İdlib məsələsində Türkiyəyə dəstək verməsi ilə bağlıdır. Habelə BƏƏ-nin İranın xarici ölkələrdəki 700 milyon dollarlıq hesabının açmasının ABŞ-ı hiddətləndirməsi əsas səbəblərdən biri kimi göstərilib.

Görüşdə Əsədin maliyyə dəstəyinə ehtiyacının olduğunu bildirdiyi məlumatda bunlara yer verilib: “Əsəd nağd pul problemlərinə görə maliyyə yardımını dayandırdığı, Rusiyanın da Dəməşqə pul verməkdən imtina etdiyini deyib. O, həqiqətən BƏƏ-dən 5 milyard dollar istəyib. 1 milyard dolların mart ayında ödənilməsi müqabilində 3 milyard dollarlıq anlaşma əldə edilib”.

Rusiya Prezidenti Vladimir Putin planı bildikdən sonra hiddətləndiyi, müdafiə naziri Sergey Şoyqunu təcili şəkildə Dəməşqə göndərdiyi vurğulanıb.

“Şoyqu Əsədə atəşkəsin pozulmaması üçün sərt xəbərdarlıq edib və Türkiyə ilə anlaşmanın onlar üçün vacib olduğunu bildirib. Amma BƏƏ şahzadəsi bura qədər artıq Əsədə 250 milyon dollar göndərmişdi”.

Sergey Şoyqunun Dəməşqə gözlənilməz səfərindən sonra BƏƏ şahzadəsi təcili Bəşər Əsədə zəng edib. Bundan sonra 250 milyon dolların humanitar məqsədlər üçün Suriyaya göndərildiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031