atatv.az
atatv.az

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?

9-04-2020, 15:20

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi?

Koronavirusa yoluxan şəxslər oruc tuta bilməz”.

Bu barədə Oxu.Az-a Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli açıqlama verib.

O bildirib ki, virusa yoluxmuş şəxslər müalicə dövrü bitənə qədər oruc tuta bilməz:

“Yalnız koronavirusa yoluxanların deyil, sağlamlığında digər problemlər olan şəxslərin də Ramazan ayında oruc tutması qətiyyən doğru hesab olunmur. Bu barədə Qurani-Kərimin müvafiq ayəsində qeyd olunub.

Koronavirusla bağlı xəstəxanalarda müalicə alan şəxslər mütləq həkim təlimatlarına riayət etməlidirlər. İntensiv müalicə dövrü keçən şəxslərin oruc tutması sağlamlıqlarına ciddi təhlükə yarada bilər. Ona görə də, həmin şəxslərin Ramazan ayı bitdikdən, eləcə də müalicə dövrü yekunlaşdıqdan sonra qəza orucu tutmaları tövsiyə olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930