atatv.az
atatv.az

Xoş xəbər İsraildən yayıldı: Ən ağır xəstələr sağalır - Koronaya son?..

9-04-2020, 17:59

Xoş xəbər İsraildən yayıldı: Ən ağır xəstələr sağalır - Koronaya son?..


Koronavirus infeksiyasının qurbanları artsa da, virusla bağlı ümidverici xəbərlər də var.

Atatv.az xəbər verir ki, İsraildə koronavirusa yoluxan və vəziyyəti ağır olan 6 nəfər xroniki xəstə kök hüceyrə müalicəsi ilə sağalıb.

Risk qrupuna aid xəstələrin qısa müddətdə sağalması müalicə ilə bağlı ümidləri artırır. Həkimlər müalicənin geniş miqyasda tətbiq olunacağını gözləyirlər.

İsraildəki Pluristem şirkətinin 3 fərqli sağlamlıq mərkəzində plasentadan götürülmüş kök hüceyrələri laboratoriya şəraitində xüsusi prosedurlardan keçdikdən sonra ölüm riski yüksək olan 6 koronavirus xəstəsinə inyeksiya edilib.

Kök hüceyrə araşdırmaları ilə tanınan Pluristemin bir həftəlik müalicəsi nəticəsində böyrək və ya tənəffüs çatışmazlığı olan bütün xəstələrin koronavirusa qalib gəldikləri sübut olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930