atatv.az
atatv.az

“Heç onu çəkməyə də ehtiyac yox idi” - Deputatdan video ilə bağlı açıqlama

10-04-2020, 12:27

“Heç onu çəkməyə də ehtiyac yox idi” - Deputatdan video ilə bağlı açıqlama


Sosial şəbəkələrdə Ana Vətən Partiyasının Bərdə rayon təşkilatı adından yaşlı insanlara çörək paylanılması barədə yayılan video birmənalı qarşılanmayıb. Partiyanın rayon təşkilat sədrinin bu təşəbbüsü tənqid edilib. Bildirilir ki, partiya təmsilçisinin 3 çörəyə görə yaşlı adamla bu cür davranışı etik deyil.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən partiyanın sədri, deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb. F. Ağamalı rayon təşkilat sədrinin belə addımından xəbərsiz olduğunu diqqətə çatdırıb: “Bu, həmin şəxsin öz təşəbbüsüdür. Niyyəti də o olub ki, yaşlı insanlar çölə çıxıb çörək almasın. Çünki onların çörəyə ehtiyacı var. İndi bu təşəbbüsə hərə bir cür don geyindirir. Hər halda niyyət 65 yaşdan yuxarı insanların evdə qalmasına çağırışdır. Sonradan gördüm ki, o video sosial şəbəkələrə qoyulub. Arzulamazdım ki, video sosial şəbəkələrə qoyulsun. Heç onu çəkməyə də ehtiyac yox idi”.

Günel Türksoy






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930