atatv.az
atatv.az

SMS-lə icazədən sonra küçəyə çıxanların sayı kəskin artıb – Deputatdan sərt mövqe

10-04-2020, 13:32

SMS-lə icazədən sonra küçəyə çıxanların sayı kəskin artıb – Deputatdan sərt mövqe

SMS-lə icazə tətbiqindən sonra şəhərdə insanların sayı çoxalıb. Vətəndaşlar işləri vacib olmasa belə, icazə almağa çalışırlar. Bu isə öz növbəsində virusun yayılma ehtimalını daha da artırır və icazə ilə bağlı məhdudiyyətin tətbiqinə zərurət yaradır.

Maraqlıdır, fövqəladə vəziyyət elan olunmalıdırmı? İnsanların evdə qalması üçün nə etmək lazımdır?

Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, tədbirlər daha da sərtləşdirilməlidir və küçəyə çıxış izni olan adamların sayı azalmalıdır:

“Bir qism məsuliyyətsiz insanlar var ki, onlara görə digər vətəndaşlar da əziyyət çəkir. Bunu başqa cür izah etmək mümkün deyil. Maşın əlindən yenə də tərpənmək olmur, yenə də hamı çöllərdədir, heç kim də məsələnin mahiyyətinə varmır. Özlərini qorumaq fikirlərinin olmadığını nümayiş etdirirlər. Hesab edirəm ki, daha sərt qayda olmalıdır.

Fövqəladə vəziyyət elan edilməlidir. Əslində, fövqəladə vəziyyət elan edilib, bunlar elə onun komponentləridir, sadəcə adını qoymamışıq. Ona görə də bu məsələdə sərtləşdirmə elə karantin rejimində də ola bilər. Daha məhdud qaydaları hökumət, Nazirlər Kabineti yanında Operativ Qərargah gətirə bilmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930