atatv.az
atatv.az

Ötən il əksər sahələrdə ciddi irəliləyişlər əldə edilib

11-04-2020, 10:49

Ötən il əksər sahələrdə ciddi irəliləyişlər əldə edilib

“2018-ci illə müqayisədə 2019-cu ildə iqtisadiyyatda daha çox uğurlar əldə olunmuşdur ki, bu da özünü rəqəmlərdə daha aydın ifadə etmişdir”. Bu sözləri Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev səsləndirib. Deputat Milli Məclisdə Azərbaycan hökumətinin 2019-cu ildəki fəaliyyətinə dair hesabatı haqqında danışarkən qeyd edib ki, Azərbaycanda ümumi daxili məhsul 2018-ci illə müqayisədə 2,2 faiz artmış və ümumən 82 milyard manata çatmışdır.

Həmçinin infilyasiyanın dərəcəsi 2019-cu ildə 2 faiz təşkil etmişdir. Bu da iqtisadiyyatda önəmli faktorlardan biridir. Demək olar ki, tikintidən başqa, bütün sahələrdə inkişaf müşahidə olunmuşdur. Dövlətimizin atdığı önəmli addımlardan biri işsizliyin azaldılması olub. 2019-cu ildə valyuta ehtiyatlarımızın həcmi tarixdə ilk dəfə olaraq 51 milyard dollara çatdırılmasıdır. Bu da 2018-ci illə müqayisədə 14.2 faiz çoxdur.
Eyni zamanda, Azərbaycan dövlət borcunun azaldılması ilə bağlı işlərin görülməsi, bu illər ərzində dövlət zəmanəti ilə götürülmüş 3 milyard dollardan artıq kredit vəsaitlərinin geri qaytarılmasıdır. Nəticədə, bu günə Azərbaycanın dövlət borcu təqribən 9 milyard dollar civarında müəyyənləşmişdir. Bu da ümumi daxili məhsulun 15-16 faizidir və normal göstəricidir. Yəni bu istiqamətdə görülən işlər bir daha bizə onu deməyə əsas verir ki, həqiqətən, ölkəmizdə 2019-cu ildə görülmüş işlər öz müsbət nəticələrini göstərmişdir. Bunun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən düzgün idarəetmə dayanmışdır. İdarəetmənin doğru aparılması, islahatların dərinləşməsi bu illər ərzində özünü qabarıq şəkildə göstərib. Kadr, sosial və iqtisadi islahatlar müsbət mənada bu hesabatın artım tempi ilə göstərilməsinin əsas səbəblərindən biridir.
M. Əfəndiyev qlobal pandemiya məsələsinə toxunaraq bildirdi: “Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, bu ilin əvvəlindən qlobal pandemiya bütün ölkələrin iqtisadiyyatına şok yaşatmaqdadır. Azərbaycan da, təbii ki, dünyanın tərkib hissəsi kimi bu pandemiyadan əziyyət çəkir. Koronovirusun qarşısının alınmasında çox ciddi tədbirlər həyata keçirilir. Dövlətin ən ümdə məqsədi vətəndaşların sağlamlığını qorumaqdır. Bütün istiqamətlərdə hazırlıq, qorunma tədbirləri həyata keçirilir. Doğrudur, ölkəmizdə də bu gün iqtisadiyyatda müəyyən çətinliklər formalaşmaqdadır. Lakin 2018–2019-cu illərdə əldə etdiyimiz nəticələrdə olan ehtiyatlılıq bu çətin vəziyyətdən də şərəflə çıxmağımıza dəstək olacaq”.
Deputat bidirdi ki, vergi və gömrük orqanları da mühüm islahatlar həyata keçirmişdir: “ Bu islahatlar Azərbaycanda istər iqtisadi baxımından təhlükəsizliyin qorunmasında, istərsə də sərhəddə işin düzgün aparılması, qaçaqmalçılığın qarşısının alınması və əsasən də gömrük orqanları tərəfindən 2019-ci ildə büdcəyə 4 milyard manatdan artıq vəsaitin köçürülməsi mühüm rəqəmdir. Qeyd edim ki, bu, müəyyənləşmiş proqnozdan bir milyard manatdan artıq vəsaitdir. Bu da artıq ondan xəbər verir ki, bütün sahələrdə olduğu kimi, gömrükdə də şəffaflıq, düzgün idarəetmə tətbiq olunmaqdadır. Bu ilin ilk rübündəki çətinliklərə baxmayaraq, müəyyən olunmuş 900 milyon manat proqnozdan da 90 milyon artıq, yəni, 990 milyon manat vəsait köçürülmüşdür. Təbii ki, bu tempi qoruyub saxlamaq lazımdır. Təkifimiz budur ki, baxmayaraq, bizim dövlət borcumuz aşağı düşür, amma beynəlxalq yardımların, texniki, humanitar, qrantların idarə olunması məsələsində daha səmərəli addımlar atılmalıdır. Çünki bu yardımlar, alınan kreditlərin idarə olunmasına dair daha səmərəli idarəetmə tətbiq etmək vacibdir. Bütün bu məsələlərin birbaşa hökumətin, Nazirlər Kabinetinin kurasiyasında olması olduqca önəmlidir. Bu ciddi məsələdir. Yəqin ki, yeni çağırışlar məhz beynəlxalq yardımların idarəolunmasında da artıq konkret mexanizmin dövlət tərəfindən qəbul olunmasını ehtiva edir”.


Anar TURAN,
“Xalq qəzeti”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031