atatv.az
atatv.az

İşğal edilmiş Azərbaycan ərazilərində koronavirus və “seçkilər” - GƏLİŞMƏ

13-04-2020, 17:14

İşğal edilmiş Azərbaycan ərazilərində koronavirus və “seçkilər” - GƏLİŞMƏ


Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşmış ermənilər arasında koronavirusa yoluxma hallarınının artması ilə bağlı qondarma rejim “fövqəladə vəziyyət” elan edib. Lakin “prezident seçkilərinin” sabah aprelin 14-nə təyin edilmiş ikinci turu ləğv olunmayıb. İkinci turda qondarma “dqr hökumətinin” keçmiş rəhbəri, Qarabağın “bir nömrəli oliqarxı” hesab edilən Araik Arutyunyan və qondarma “xarici işlər naziri” Masis Mailyan mübarizə aparmalı idi. Lakin Mailyan inzibati resursların Arutyunyanın xeyrinə yönəldildiyinə etiraz edərək “seçkinin” ikinci turunu boykot edib və təbliğat kampaniyasını dayandırıb.

Martın 31-də keçirilmiş birinci turdan əvvəl qondarma rejim işğal edilmiş ərazilərində koronavirusa yoluxma hallarının mövcud olmadığını bildirirdi. Baxmayaraq ki, sosial şəbəkələrdə bu haqda çoxlu xəbərlər yayılırdı, yoluxma hallarının hətta əsgərlər arasında yayıldığı deyilirdi.

Nəhayət apreln 7-də ilk yoluxma halının aşkarlandığı açıqlanıb. Sonrakı günlərdə daha yoluxma təsdiqlənib və virusun yayılmasının qarşısını almaq üçün qondarma rejim fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət dövründə istənilən kütləvi toplantı qadağan edilsə də “seçkilərin” ikinci turu təxirə salınmayıb.

Virusa yoluxanlar isə işğal edilmiş Kəkbəcər və Laçın rayonlarının kəndlərində qanunsuz məskunlaşmış ermənilər arasında qeydə alınıb. Epress.am portalı yazır ki, Dağlıq Qarabağda koronavirusla bağlı real mənzərəni müəyyən etmək mümkün deyil. Çünki aprelin 7-dən bəri cəmi 25 test aparılıb, bir-biri ilə əlaqəli olmayan üç ocaq aşkarlanıb. Əgər başqa, hələ müəyyən edilməmiş ocaqlar da varsa o zaman sabahkı “səsvermə” pandemiyanın daha geniş yayılmasına səbəb olacaq.

Məsələ bundadır ki, Dağlıq Qarabağda koronavirus testləri keçirmək üçün labaratoriya və yoluxanları müalicə etmək üçün xüsusi infeksion xəstəxana yoxdur. Ona görə də testlər və yoluxanlar Ermənistana göndərilir. Simptomsuz xəstələri təcrid etməyə də şərait yoxdur. Belələrinə evlərində özlərini təcrid etməyi məsləhət görürlər.

Virusun yayılmasına baxmayaraq qondarma rejimin fövqəladə vəziyyət elan etməmək istəməməsi etirazlara səbəb olmuşdu və aprelin 11-də onlarla erməni Xankəndində küçələrə çıxaraq belə qərarın verilməsini tələb etmişdi. Onların bildirdiyinə görə, qondarma rejimin indiki başçısı Bako Saakyan öz adamı Araik Arutyunyanı hakimiyyətə gətirmək üçün hətta pandemiyadan istifadə edir. Etirazçılar deyirlər ki, Qarabağda qərarları Arutyunyanın pulları verir və o, rəqibinin seçkiləri boykot etməsindən, habelə koronavirusun yayılmasından istifadə edərək “seçkilərin” nəticələrini bəribaşdan müəyyən edib. Belə ki, böyük ehtimalla koronavirusa yoluxmaqdan qorxan ermənilər sabahkı səsvermədə iştirak etməkdən çəkinəcəklər. Amma seçic iştirakı üçün aşağı hədd müəyyən edilmədiyi üçün Araik cüzi sayda seçicinin səsi hesabına da “seçilə” biləcək...

Virtualaz.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930