atatv.az
atatv.az

Prezidentdən fərman: Karantin rejiminin pozulması ilə bağlı maddə siyahıya salındı

13-04-2020, 17:36

Prezidentdən fərman: Karantin rejiminin pozulması ilə bağlı maddə siyahıya salındı


“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Bununla da, sənədin 2.2 və 2.4-cü bəndləri dəyişdirilib.

Qeyd edək ki, ümumilikdə 2-ci bənd Daxili İşlər Nazirliyi adından inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərlə bağlıdır.

Fərmanla 2.2-ci və 2.4-cü bəndlərə “322.0.2” rəqəmlərindən əvvəl “211,” rəqəmləri əlavə edilib.

Bildirək ki, həmin rəqəmlər İnzibati Xətalar Məcəlləsindəki maddələrin nömrələridir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cəzaları müəyyənləşdirir.

Bildirilir ki, bu qaydaların pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə iki min manatdan beş min manatadək məbləğdə cərimələnir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031