atatv.az
atatv.az

Krediti olanlara xəbər var

15-04-2020, 20:08

Krediti olanlara xəbər var


"Mərkəzi Bankın İdarə Heyətinin sədri də bildirib ki, istehlak kreditlərinin dondurulması məsələsinə baxılır”.

Atatv.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, istehlak krediti alanlar əsasən işləyənlərdir: "Bu adamlara da dövlət öz dəstəyini göstərir. Onlara imkan verilir ki, onlar öz kreditlərini bağlaya bilsinlər. Dövlət birincisi onların işdən azad olunmasına imkan vermir, ikincisi, onlara Əməkhaqqı Fondu vasitəsilə əməkhaqqını verir, üçüncüsü, onların çalışdığı müəssisələrə dövlət tərəfindən kredit imkanları yaradılır, dördüncüsü onlara vergi tətilləri tətbiq ediləcək. Yəni həmin şəxslərə kreditlərini ödəməsi üçün bütün imkanlar yaradılır. Amma bütün hallarda bu məsələ müzakirə olunur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930