atatv.az
atatv.az

Azərbaycanad daha 30 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb, iki nəfər vəfat edib

16-04-2020, 17:15

Azərbaycanad daha 30 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb, iki nəfər vəfat edib
Azərbaycan Respublikasında 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ QərargahdanAPA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat etmişdir. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olmuşdur.

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 460 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930