atatv.az
atatv.az

Deputat: Karantin müddəti nə qədər uzadılacaq? - Video

18-04-2020, 13:52

Deputat: Karantin müddəti nə qədər uzadılacaq? - Video

Karantin müddətinin bundan sonra nə qədər davam edə biləcəyi ilə bağlı son qərarı sözsüz ki, Prezident yox, epidimioloqlar verməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı karantin rejiminin uzadılacağı barədə fikrini şərh edərkən deyib.

“Artıq bu gün əminliklə demək olar ki, epidemiyanın tüğyan etməsinə imkan verilmədi və qarşısı əsasən alındı. Ona görə Prezident bəyan etdi ki, mədudiyyətlər yavaş-yavaş aradan qaldırılacaq. Yəqin ki, karantin müddətini maksimum daha iki həftə uzada bilərlər. Bütün mütəxəssislər söyləyir ki, uzun müddət karantin şəraitində yaşamaq insan psixologiyasına ciddi ziyan vura bilər. Bizə isə insanların həm fiziki, həm də mental sağlamlığı lazımdır. Düşünürəm ki, mayın 4-dən ali və orta məktəblərdə dərslər başlaya bilər. İnşallah, mayın 20-dən sonra isə bütün məhdudiyyətləri aradan qaldıra bilərik”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930