atatv.az
atatv.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 2259-a çatıb

21-04-2020, 23:09

Türkiyədə koronavirusdan ölənlərin sayı 2259-a çatıb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 119 nəfər ölüb.

BakuPost.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib.
Nazir yazıb ki, son 24 saatda 39429 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 4611-i koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2259 nəfər ölüb, 95591 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1865 nəfəri reanimasiyadadır, 14918 nəfərin isə müalicəsi müsbət nəticə verib.

Müalicə olunan 1488 xəstə bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 713409 nəfər testdən keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930