atatv.az
atatv.az

Bu, xalqın sevgi və sayğını cavablandırmasıdır

23-04-2020, 22:41

Bu, xalqın sevgi və sayğını cavablandırmasıdır

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı addımlara, sosial yardımlara görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Bəs media cameəsi dövlət başçısının koronavirus dövründəki fəaliyyətini, xalqın həm sağlamlığı, həm də sosial rifahı üçün atılan addımları necə dəyərləndirirlər?

Axar.az xəbər verir ki, Gündəlik Teleqraf Media Holdinqinin rəhbəri Aynur Camalqızı Musavat.com-a bununla bağlı açıqlamasında xalqın dövlət rəhbərinə təşəkkür məktublarının olduqca qürurverici mənzərə yaratdığını deyib.

“Ölkəmizin müxtəlif bölgələrindən, ictimai-siyasi xadimlərdən Prezidentə ünvanlanan məktubların məzmunu ilə mediadan tanışam. Kifayət qədər maraqlı və qürurverici mənzərədir. Bu, Azərbaycan xalqının böyüklüyünün, xarakterinin göstəricisidir. Bu xalq, bu toplum zərrə boyda da olsa, xeyirxahlığı, yaxşılığı unutmaz. Ortada isə dövlət rəhbərliyi səviyyəsində təqdirəlayiq, dövlətə və xalqa sadəcə, səlahiyyətlərdən irəli gələn bir fəaliyyət yox, bir övlad məhəbbəti, ürəkdən gələn yanğı, səmimiyyət, sevgi var. O məktubları görülən işlərə, dövlət rəhbərliyi səviyyəsində ortada olan fəaliyyətə göstərilən münasibət kimi qiymətləndirirəm.

Cənab Prezident son müşavirələrdən birində dedi ki, qarşımızda 2 yol vardı: ya iqtisadi durumu diqqətdə saxlamaq, ya da insanların sağlamlığını. Biz ikincini seçdik. Məncə, bu 2 cümlədə hər şey deyilir. Prezidentin xalqın sağlamlığını qorumaq, insanlarımızın koronavirusa yoluxmasının qarşısını almaq üçün bütün çətinlikləri öz üzərinə götürməsi böyük fədakarlıq nümunəsidir. Koronavirus pandemiyasının əhaliyə və iqtisadiyyata vurduğu zərərlərin minimallaşdırılması ilə bağlı ayrılan vəsaitin həcminə fikir verin. Olduqca böyük rəqəmdir – 2.5 milyard manat. Amma bu vəsaitin sürətlə böyüməkdədir və artıq 3,5 milyarda yaxınlaşır. Dövlətlərin pandemiyaya qarşı ayırdığı vəsait adətən onun ümumdaxili məhsulu ilə müqayisə edilir. Bunu bir daha qeyd etmək istərdim ki, Azərbaycan dövləti birbaşa Prezidentin tapşırığı ilə bu istiqamətə əvvəlcə ümumi daxili məhsulunun 3 faizindən çox vəsait ayırmışdı. Hazırda hazırda isə bu vəsait artıq ÜDM-nin 4 faizindən daha çoxdur. Müqayisə üçün yada salaq ki, Rusiyanın bu istiqamətdə ayırdığı vəsait ümumi daxili məhsulunun 0,4 faizi qədər də deyil”.

A.Camalqızı vurğulayıb ki, bununla yanaşı, Prezident İlham Əliyev bu il üçün nəzərdə tutulan sosial proqramların təxirə salınmaması ilə bağlı da göstəriş verib və hazırda bütün sosial proqramlar, o cümlədən şəhid ailələri üçün mənzillərin alınması və tikintisi davam etdirilir. Və bütün bunlar ölkənin maliyyə gəlirlərinin azaldığı bir vaxtda həyata keçirilir:

“Dünya ölkələri iqtisadiyyatın zəifləməsindən, neft qiymətlərinin fantastik səviyyədə aşağı enməsindən əziyyət çəkir. İdxal-ixrac əməliyyatları azalıb. Dövlətlər təbii olaraq pandemiyaya görə öz sərhədləri daxilinə çəkilib. Karantin rejimi ilə bağlı bir çox qurumlar fəaliyyətini dayandırıb. Amma dövlətimiz gəlirinin bu qədər azalmasına rəğmən 300 mindən çox muzdlu işçinin aylıq yükünü, sahibkarlıq subyektlərinin ziyanının qarşılanmasını öz üzərinə götürüb. Əlavə olaraq, ardıcıl vergi güzəştləri nəzərdə tutulub. İşsiz kimi 190 manat yardım verilən insanların sayını Prezident İlham Əliyev 200 mindən 600 minə qaldırdı. Bunlar Prezidentin humanizmi, xalqa münasibəti, xalqı qoruması, onun həm səhhəti, həm də dolanışığı üçün bütün yükü üstlənməsinin nümunələrindəndir. Düşünürəm ki, Azərbaycan xalqı minnətdarlıq və təşəkkürünü, sevgi və saygısını sözlə, məktubla dövlət başçısına çatdırmağa çalışır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930