ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda məmurun intiharı ilə bağlı yeni faktlar ortaya çıxdı

Baxış Sayı:110

Azərbaycanda məmurun intiharı ilə bağlı yeni faktlar ortaya çıxdı


Lerik Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.


"Qafqazinfo"nun verdiyi xəbərə görə, aprelin 23-də Lerik sakini, 1977-ci il təvəllüdlü Quliyev Qalib Naib oğlu güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, zəruri istintaq hərəkətləri aparılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Qalib Quliyev həmin gün səhər saat 09 radələrində evdən işə getmək adı ilə çıxıb, saat 12 radələrində arvadı onu evinin yaxınlığında ölmüş vəziyyətdə tapıb. Onun meyitinin yanından öz adına rəsmiləşdirilmiş ov tüfəngi aşkar olunub.

Faktla bağlı Lerik Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.



Qeyd edək ki, Q. Quliyev külli miqdarda borca görə özünü güllələyərək öldürdüyü bildirilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR