atatv.az
atatv.az

TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”

24-04-2020, 20:43

TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”

"Karantin rejimi ilə koronavirusun yayılmasının qarşısı alınıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, virusun xaricdən idxalının qarşısının alınması üçün sərhədlər bağlanıb:

"Sosial izolyasiya tədbirləri görülüb və xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi 4 maya qədər uzadılıb. Lakin bugünkü qərarla bəzi yumşaldılmalar olub”.
R.Bayramlının sözlərinə görə, bizi böyük təhlükə gözləyə bilər:
"Karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa başlaya bilər. Əhalinin kütləvi yoluxması nəticəsində reanimasion tədbirlər tələb edən hallar arta bilər. Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır.
Bizim üzərimizə sosial məsuliyyət düşür. Yoluxmanın yayılmasının nəzarət altında saxlanılması vacibdir. Qətiyyən arxayınlaşmamalıyıq. Düşmənin "bir nəfəs qədər” yaxın olduğunu fikrimizdən çıxarmamalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930