atatv.az
atatv.az

Təhsil nazirindən buraxılış və qəbul imtahanları barədə açıqlama

27-04-2020, 17:43

Təhsil nazirindən buraxılış və qəbul imtahanları barədə açıqlama

"Təhsil sisteminin əhatəliliyi nəzərə alınaraq və mövcud vəziyyət qitmərləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ehtiyac olsa dəstəkləyici addımlardan istifadə etməklə dərslərdən geri qalmaq halları aradan qaldırılacaq: "Çalışacaq ki, növbəti tədris ilində bu məsələ problem yaratmasın".

C.Bayramov qeyd edib ki, buraxılış və qəbul imtahanlarının keçirilməsi ilə bağlı aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir: "Konkret əlavə tarixlərlə bağlı məlumat müvafiq zamanda təqdim ediləcək. Bu da mövcud şəraitdən asılı olacaq. Hər hansı çeviklik tələb olunsa ali təhsil müəssisələrinə qəbulla bağlı təkliflər hazırlanacaq. Mövcud şəraitə uyğun olaraq çevik modellərdən istifadə olunacaq"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930