atatv.az
atatv.az

Nazirdən “son zəng”lə bağlı RƏSMİ AÇIQLAMA

27-04-2020, 22:55

Nazirdən “son zəng”lə bağlı RƏSMİ AÇIQLAMA
“Son zəng” hər kəsin həyatında xüsusi yer tutur. Amma prioritetləri düzgün müəyyən etməliyik”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, 11-ci sinif şagirdləri kifayət qədər yetkin şəxslərdir:

“Bu tədbiri daha sonra da həyata keçirmək mümkündür. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək, onlayn rejimdə də bunu keçirə bilərlər”.

“Fikrimcə, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək, böyük kütləvi tədbirlərdən çəkinməliyik”, - deyə nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930