atatv.az
atatv.az

AVRO-2020 təşkilatçıları üçün təsdiq müddəti uzadıldı

30-04-2020, 09:21

AVRO-2020 təşkilatçıları üçün təsdiq müddəti uzadıldı




Danimarka Futbol İttifaqı (DBUL) ilə Kopenhagen rəhbərliyi 2021-ci il Avropa çempionatının oyunlarının təşkilatçılığına hazır olduqlarını müəyyənləşdirilmiş vaxtda - aprelin 30-dək təsdiqləyə bilməyiblər.

"Atatv"ın "Tips Bladet"ə istinadən verdiyi məlumata görə, UEFA bir qədər də gözləməyə razılaşıb və son müddət üçün yeni tarix kimi 8 mayı təyin edib. Bu müddətədək həm şəhər, həm də DBU AVRO-2020-nin 4 oyununu, habelə, "Tur de Frans" velosiped yürüşünün bir mərhələsini keçirməyə hazır olub-olmadıqlarını bildirməlidir.

Qeyd edək ki, daha əvvəl UEFA qitə çempionatını 2021-ci ilin 11 iyun - 11 iyulunda eyni təşkilatçı şəhərlər və oyun qrafiki ilə keçirmək niyyətində olduğunu açıqlayıb. Lakin bu mərhələdə oyunların təqvimi rəsmən təsdiqlənməyib. UEFA məsələ ilə əlaqədar 12 təşkilatçı şəhərin hər biri ilə əlaqədədir. Artıq AFFA AVRO-2020-nin A qrupunun 3, 1/4 final mərhələsinin isə 1 oyununu Bakı Olimpiya Stadionunda keçirməyə hazır olduğunu təsqiqləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930