atatv.az
atatv.az

DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub

30-04-2020, 15:06

DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub

Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı olan ahıl, tənha və aztəminatlı ailələrə yardım aksiyası davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və AHİK-in təşkilatçılığı ilə Azərbaycan Dövlət İdarələri İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Gəncə Şəhər Komitəsi tərəfindən aztəminatlı ailələrə yardım edilib.

Yardımların paylanmasında DİİXHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva və komitənin əməkdaşları yaxından iştirak edərək 100 aztəminatlı ailəyə ərzaq sovqatı çatdırıblar. Ülviyyə Vəliyeva bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikanın 76 şəhər və rayonundakı 3900 aztəminatlı ailəyə ərzaq sovqatı göndərib. “Aprelin 29-da AHİK-ın təşkil etdiyi maşın karvanı isə ərzaq sovqatlarını ünvanlarına çatdırmaq üçün respublikanın şəhər və rayonlarına yola düşüb. Gəncə şəhəri üzrə də 100 ailəyə ərzaq sovqatı gətirilib. Əməkdaşlarımızla birlikdə həmin ailələrlə görüşərək bağlamalarını çatdırmışıq”-deyə o əlavə edib.

Ərzaq sovqatının çatdırıldığı ünvanlarda sakinlərlə maairfləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının səbəb olduğu bu çətin günlərdə insanların biri-birinə dəstək olmalarının vacibliyi vurğulanıb. Vətəndaşlar da öz növbəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqları təşkilatları tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdi

AtaTv.az


DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
DİİXİHİ Gəncə Şəhər Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930