atatv.az
atatv.az

Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ AÇIQLAMA

1-05-2020, 16:30

Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə, eləcə də bəzi kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC tərəfindən metropolitenin fəaliyyətini mayın 11-dən etibarən bərpa edəcəyinə dair məlumatlar paylaşılıb.

Atatv.az xəbər verir ki, məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq məqsədilə Oxu.Az-ın əməkdaşı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.
Mətbuat katibinin sözlərinə görə, metronun fəaliyyətinin bərpası ilə bağlı “Bakı Metropoliteni” QSC tərəfindən heç bir məlumat yayılmayıb.

B.Məmmədov onu da əlavə edib ki, metropolitendə texniki və texnoloji proseslərin tənzimlənməsinə nəzarət davam etdirilir:

“Mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, metropolitenin fəaliyyəti dayansa da, texniki cəhətdən qatarların hazır vəziyyətdə olmasına nəzarət edilir.

Metropoliten əməkdaşlarının fəaliyyəti vətəndaşları çaşdırmasın.

Metro infrastrukturunun saz və hərəkətə hazır vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlər görülür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930