atatv.az
atatv.az

ALMALIYAM

1-05-2020, 18:25

ALMALIYAM

# # ALMALIYAM # #

Bu namərd dünyada mərd tək, yaşayıb,
Şərəfsiz düşməndən öc almalıyam.
Salıb ayaq altda şəri, böhtanı,
Halaldan, doğrudan güc almalıyam.

Çəkib zəhmətini çörəyin, duzun,
Alovlu qəlbindən ilham al özün.
Tutub ətəyindən on dörd mənsumun,
Haqqın dərgahına ucalmalıyam...

Yoxsulluq əlindən gəldikcə zara,
Hər yerdə var-dövlət yetməyir kara.
Həyatda nəyim var, qoyub kənara,
Sənət dünyasında ucalmalıyam.

Şair, dərd əlində qaldıqca başım,
Mənə laylay çalır torpağım, daşım.
Artıq gəlib keçib altmışı yaşım,
MƏN ədəb-ərkanla qocalmalıyam...


ALMALIYAM


* BU DÜNYA BELƏ QURULUB *

Hər bəndənin günahı var,
Hər yazığın bir ahı var...
Hər gecənin sabahı var,
Bu dünya belə qurulub...
****
Biri düşər qürbət elə,
Biri düşər çaya, selə...
Qış sərtləşər ildən-ilə,
Bu dünya belə qurulub...
****
Yer də, göy də - hərisini,
Cavanlıqda pərisini...
Bizə verib sevgisini,
Bu dünya belə qurulub...
****
Şair sevər dağı, daşı,
Günəş gözlü, ay da qaşı...
İllər olub yol-yoldaşı,
Bu dünya belə qurulub...

ƏLİ VAHİD ÇAYLI.

Bakı şəhəri
Bağ evi.
Şair ocağı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930