atatv.az
atatv.az

Vüqar Səfərli həbs edilə bilər - ŞOK

2-05-2020, 11:44

Vüqar Səfərli həbs edilə bilər - ŞOK


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb.

Yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən "Portos İnşaat” da cəlb edilib.

Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri "qaydasına” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyiblər.


Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, "Portos İnşaat”, "Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.


"Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov audit yoxlamalarının aparıldığını təkziv etməyib:


"Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün sizə yanlış informasiya verə bilərəm.

Mən Jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə "Mətbuat” Prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi mətbuat prospektində yerləşir – red). Bütün günüm burda keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.

KİVDF-yə təzə gələnlərdən də, bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.


Qeyd edək ki, Vüqar Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.BakuPost.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930