atatv.az
atatv.az

Azərbaycanın Baş prokurorları kimlər olub? - SİYAHI

2-05-2020, 12:22

Azərbaycanın Baş prokurorları kimlər olub? - SİYAHI
Dünən – mayın 1-də Azərbaycanda qanunların icra və tətbiq olunmasına nəzarət edən ən mühüm dövlət qurumlarının birində rəhbərlik dəyişdi. Ölkə başçısının sərəncamı ilə Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının yeni Baş prokuroru təyin edildi.

Bununla da keçmiş Baş prokuror Zakir Qaralovun Respublika Prokurorluğunda nə az, nə çox – düz 20 il sürən rəhbərliyinə son qoyuldu.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları yaradılıb.
Bu səbəbdən də hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğu əməkdaşlarının peşə bayramı qeyd olunur.

Bəs ötən dövr ərzində Azərbaycanın prokurorluq orqanlarına kimlər rəhbərlik edib?

Modern.az Azərbaycanda Baş prokurur olmuş şəxslər barədə yazını təqdim edir.

Xalq Cümhuriyyəti dövründə Azəbaycanın prokurorluq orqanlarının ilk rəhbəri Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918) olub. Ondan sonra Fətəli xan Xoyski (17 iyun 1918 – 7 dekabr 1918), Teymur bəy Makinski (26 dekabr 1918 – 14 mart 1919), Aslan bəy Səfikürdski (14 mart 1919 – 22 dekabr 1919) bu orqana rəhbərlik edib. Daha sonra yenidən Xəlil bəy Xasməmmədov (22 dekabr 1919 – 1 aprel 1920) resbublika prokuroru işləyib.

1920-ci il aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Daha sonra Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Sovet Azərbaycanının ilk Baş prokuroru Əliheydər Qarayev ( 28 Aprel 1920 – 1921) olub.

Ondan sonra Respublika Prokurorluğuna aşağıdakı şəxslər rəhbərlik ediblər:

S.Çivanov (1921 – 1922)
Bahadır Vəlibəyov (1922 – 1926)
Böyükağa Talıblı (1926 – 1930)
Hüsnü Hacıyev (1930– 1931)
Böyükağa Talıblı (1931 – 1932)
Ayna Sultanova (1933 – 1934)
Yaqub Məmmədov (1935 – 1936)
Əbdülhəmid Yaqubov (1934 – 1936)
Bahadır Vəlibəyov (1930 – 1937)
Ağahüseyn Əlihüseynov (1938 – 1941)
Cəbrayıl Cəbrayılzadə (1941 – 1943)
Xəlil Əfəndiyev (1943 – 1948)
Əliabbas Əliyev (1948 – 1951)
Hacı Rəhimov (1951 – 1954)
Adil Babayev (1951 – 1954)
Seyfulla Əkbərov (1951 – 1963)
Qambay Məmmədov (1963 – 1976)
Abbas Zamanov (1976 – 1985)
İlyas İsmayılov (1985 – 1990)
Kommunist partiyasının mütləq hakim olduğu sovetlər rejiminin yaşadığı 70 il ərzində prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqan olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlandı.
Müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbov olub. O, 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. İsmət Qayıbovun Baş prokuror kimi fəaliyyəti cəmi bir il sürüb. O, 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında içərisində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Azərbaycan Respublikasının ikinci Baş prokuroru Murad Babayev olub. O da İsmət Qayıbov kimi un bu postda uzun müddət çalışa bilməyib. 26 noyabr 1991-ci ildə Baş prokuror təyin edilən Murad Babayev cəmil bir illik fəaliyyətdən sonra – 14 oktyabr 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi nəticəsində vəzifədən gedib. M.Babayev 2013-cü ilin yanvar ayında ürək tutmasında vəfat edib.

Daha sonra Baş prokurur vəzifəsinə İxtiyar Şirinov təyin olunub. 14 oktyabr 1992-ci ildə vəzifəyə gələn İ.Şirinov da bir ildən sonra kreslosunu təhvil verməli olub. Belə ki, o, 30 iyun 1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi səbəbindən vəzifədən kənarlaşdırılıb.

3 iyul 1993-cü il tarixində Baş prokuror vəzifəsi Əli Ömərova tapşırılıb. Lakin o da Baş prokuror vəzifəsində uzun müddət qala bilməyib – təxminən 1 il. 1994-cü ildə 8 oktyabr 1994-cü il tarixində Əli Ömərov Baş prokuror vəzifəsindən çıxarılıb.

Əli Ömərovun gedişindən sonra bu posta Eldar Həsənov təyinat alıb. 22 mart 1995-ci ildə fəaliyyətə başlayan Eldar Həsənov sələflərindən fərqli olaraq, vəzifə kreslosunu 5 il qoruya bilib. 21 aprel 2000-ci il tarixində Eldar Həsənov Baş prokuror vəzifəsilə vidalaşıb.

25 aprel 2000-ci il tarixində Azərbaycanın Baş prokuroru postuna Zakir Qaralov gətirilib. Z.Qaralov düz 20 il Baş prokuror vəzifəsində qala bildi. Nəhayət 1 may 2020-ci ildə Respublika Prokurorluğunun rəhbərliyi dəyişdi.

Və dünən Baş prokuror postuna II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsində olan hüquq elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyev təyin olundu...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031