atatv.az
atatv.az

Türkiyədən ölkəmizə qayıda bilməyən üç azərbaycanlı gecəni məscidin həyətində qalır

4-05-2020, 12:20

Türkiyədən ölkəmizə qayıda bilməyən üç azərbaycanlı gecəni məscidin həyətində qalır

Azərbaycandan Türkiyəyə işləmək üçün gedən üç nəfər – Anar Abasov, İlqar Ragiyev, Temroz Hacıyev İqdır şəhərində çarəsiz durumda qalıb.

Sondakika.com-un məlumatına görə, gənclər gecəni məscidin həyətində keçiriblər. Onlar səlahiyyətli orqanlardan yardım istəyirlər.

Bir müddət əvvəl Türkiyəyə gedən gənclərdən ikisi Antalyada, biri isə İzmirdə tapdıqları müxtəlif işlərdə çalışıblar. Lakin koronavirus pandemiyasına görə sərhədlər bağlandığı üçün bu üç gənc çıxılmaz vəziyyətə düşüb. Ölkəyə qayıtmaq üçün Dilucu gömrük məntəqəsinə qədər gələn oğlanlara burada sərhədi keçmək icazəsi verilməyib.

Səfirliklə danışıqları nəticə verməyən həmvətənlərimiz pulları olmadığı üçün gecəni İqdırdakı məsciddə keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930