atatv.az
atatv.az

Azərbaycanda pensiya və maaşlar artacaq? - AÇIQLAMA

4-05-2020, 22:42

Azərbaycanda pensiya və maaşlar artacaq? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi mayın 31-nə qədər uzadılıb. Bəs, karantin rejimi bitdikdən sonra Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?

Redaktor.az bildirir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır: "Dövlət büdcəmizin 40 faizə qədəri sosial təyinatlı xərclərdir. 2019-cu ildə əməkhaqqı, əmək haqqına tutulan xərclər, təqaüdlər və pensiyalar önəmli şəkildə artırıldı. Biz 4.2 milyon insanı əhatə edən böyük sosial zərfin şahidi olduq. Xatırlayırsınız ki, cənab prezident bildirmişdi ki, bu kimi əməkhaqqların və pensiyaların artımı növbəti illərdə də davam edecək. Mən hesab edirəm ki, növbəti mərhələlərdə əməkhaqqının və pensiyaların artımı həyata keçiriləcək. Təbii ki, bu sistemli xarakter daşıyır. Baxmayaraq ki, dünyada iqtisadi gərginlik baş verir. Ölkə başçısı bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq Azərbaycanda sosial layihələr ixtisar olunmayacaq. Sosial tədbirlər proqnozlaşdırılmış formada öz həllini tapacaq. Bəli, növbəti mərhələlərdə orta əməkhaqqının və pensiyaların artırılmasını gözləyirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031