atatv.az
atatv.az

Spiker Zirvə görüşündən danışdı

5-05-2020, 13:39

Spiker Zirvə görüşündən danışdı


“Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü bu qlobal pandemiyaya qarşı mübarizədə həmrəylik baxımından çox vacibdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, 40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verməsi və Zirvə görüşünə qatılması bir daha ölkəmizin və onun liderinin nüfuzunun çox yüksək olduğunun göstəricisidir.


Spiker qeyd edib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır.
S.Qafarova qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlığın böyük önəm daşıdığını qeyd edib.

“Bu qlobal bəlanın yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması Qoşulmama Hərəkatına üzv olan dövlətlərin də qarşısında duran ən mühüm vəzifələrdən biridir.

Ona görə də möhtərəm Prezidentimizin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsinə daha bir çağırışdır. Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradır”.

Milli Məclis sədri söyləyib ki, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına çox uğurla sədrlik edir:

“Ölkəmiz sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. Hesab edirəm ki, Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930