atatv.az
atatv.az

Hava yenə soyuyur: qar yağacaq - Xəbərdarlıq

5-05-2020, 15:57

Hava yenə soyuyur: qar yağacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 6-da Azərbaycanın qərb rayonlarından başlayaraq 8-dək əksər rayonlarda havanın dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında isə güclü olacağı gözlənilir. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi mayın 7-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu mayın 7-də ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930