atatv.az
atatv.az

Bakının ticarət dövriyyəsi artıb

6-05-2020, 10:13

Bakının ticarət dövriyyəsi artıb

Birinci rübdə paytaxtın ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artaraq 5 milyard 124,6 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artaraq 2 milyard 378,3 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 1,1 faiz artaraq 2 milyard 746,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 30,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 20,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 48,5 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930