atatv.az
atatv.az

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşə bilər - KARANTİN UZADILACAQ...

6-05-2020, 12:25

Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşə bilər - KARANTİN UZADILACAQ...


"Təbii ki, yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşəcək. Hətta deyərdim ki, bu dəfə daha sərt qaydalar tətbiq edilə bilər. Çünki hələ də vətəndaşlar vəziyyətin ciddiyətini dərk də bilməyib".

Bu sözləri Redaktor.az-a açıqlamasında professor Adil Qeybulla karantin rejimin yenidən sərtləşə biləcəyi haqqında danışarkən deyib. O bildirib ki, insanlar karantin qaydalarına əməl etməzsə, ölkədə vəziyyət nəzarətdən çıxa bilər:
Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşə bilər - KARANTİN UZADILACAQ...

“İlk gündən bir çox insanlar xüsusi karantin rjiminin yumşaldılmasından istifadə edərək maskasız gəzməyə başladılar. Görünür ki, insanlar hələ də vəziyyətin ciddiliyini dərk etmir, dərk etmək istəmir. Bu səbəbdən təklif edirəm ki, onlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Operativ Qərargahın son məlumatlarından görürük ki, yoluxma sayında ciddi artım var. Əgər belə davam edərsə, vəziyyət çox pis ola bilər”.

A.Qeybulla bildrib ki, karantin rejiminin qaydaları yenidən bir qədər sərtləşdirilməlidir:

“Ümumiyyətlə, virus təhlükəsi tam şəkildə aradan qalxmadan, müəyyən sərt qaydalar tətbiq olunmanlı, qaydaları pozanlar isə cəzalandırılmalıdır. Hazırkı vəziyyətdə ya qaydalara əməl edib, bu virusdan az ziyanla çıxacağıq, ya da ölkədə bir çox insan bu virusdan tələf olacaq. İkinci halın baş verməməsi üçün hər kəsin qaydalara əməl etməsi vacibdir, başqa yol yoxdur!”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930