atatv.az
atatv.az

İcra başçısının oğluna aldığı yarım milyonluq “Gelandewagen”lə bağlı AÇIQLAMA

6-05-2020, 13:15

İcra başçısının oğluna aldığı yarım milyonluq “Gelandewagen”lə bağlı AÇIQLAMA


"O, bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.

Atatv.az -ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı 275 min dollar (450 manat) dəyərində olan avtomobildən danışarkən deyib.

Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:

"O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.

Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.Qaynarinfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930