atatv.az
atatv.az

ETİMAD - məsuliyyət deməkdir.

6-05-2020, 13:54

ETİMAD - məsuliyyət deməkdir.



ETİMAD - arxayınçılıq, özbaşınalıq, qudurğanlıq deyil.
ETİMAD - təyin edildiyin sahəyə, rəhbərlik etdiyin kollektivinlə sakinlərin, vətəndaşların xidmətində durmaq deməkdir.

Son bir neçə ayda dövlət başçısının bu günə qədər baş verən, illər öncədən, dönə - dönə tapşırıb, xəbərdarlıq etdiyi icra hakimiyyətinin başçıları, əfsuslar olsun ki, havadarlarının güvəncindən sui-istifadə edərək, ona göstərilən ETİMADın, ikinci variantını seçdilər. Nəticədə göz qabağındadı...
Bəlkədə burada, başqa bir səbəbə nəzər salsaq yerinə düşər. Hakimiyyətə gəlmə və ya gətirilmədə mühüm rol oynayan, tanışlıq, qohumbazlıq, adamın, adamı olmaq, deyilənlərə görə, rüşvətlə vəzifəyyəyə təyin edilmədir, düşünsək, hər şey aydın görünər. Deməli, bu günün reallığında başverənlər, yuxarıdakı amillərin doğruluğun özündə əks etdirir.
Özüdə bu başçıların böyük əksəriyyəti, dövlət başçısının sərəncamı ilə yerləri, bir rayondan başqa bir rayona dəyişdiriləndi...
Görəsən onların həmin vəzifəyə təyin edilməsi üçün, təqdimatın hazırlayıb dövlət başçısına təqdim edəndə, hansı keyfiyyətlərin, bacarıqların ortaya qoymuşdular?
Və yaxudda, onların yerlərinin dəyişdirilməsi zamanı, etimad göstərildiyi müddətdə gördüyü hansı nümunəvi işləri, önə çəkilib prezidentə çatdırılmışdı?
Təkcə SƏDAQƏTİMİ....?
Yoxsa, SƏDAQƏTdən sui-istifadə edib, DƏLƏDUZLUĞ bacarığımı...?
SƏDAQƏT - köləliyin, buyruq Qulu olmanın təməlidir.
SƏDAQƏT - heç vaxt, MƏSULİYYƏT yaratmayıb.
SƏDAQƏT - həmişə sonda xəyanətə gətirib çıxarıb.
Deməli təyinatda, etimadın ən önəmli vasitəsi, MƏSULİYYƏTDİR.
Bu gün, süfrə qırağından pay götürüb, bunun müqabilində öz SƏDAQƏT in nümayiş etdirənlər, yarındığın göstərib, "yıxılana balta" vuranlar qədər, bu hakimiyyət, cəmiyyət üçün təhlükəli heç kim ola bilməz. İndi hamsı, aldığı payın müqabilində, tutulan icra başçılarının qudurğanlığından, ona etimad edənə sədaqətsizliyindən, ağızları köpüklənə-köpüklənə danışırlar. Yarınmaqların göstərmək üçün özlərinə əl qatıblar, şüvən qoparıblar. Amma olan olub, edilən edilib. Heç olmasa onlar, yerdəyişmələr olanda, bu barədə danışmalıydı. Axı, riyaziyyatda belə bir tərif var. TOPLANANLARIN YERİN DƏYİDİKDƏ, CƏM DƏYİŞMİR. Bunu idarəetməyə tətbiq etsək, VƏZİFƏLİLƏRİN (BAŞÇILARIN) YERİNİ DƏYİŞDİKDƏ, MƏSULİYYƏTLİ İDARƏETMƏ DƏYİŞMİR.
Bütün bunlar, dörd ayda, dörd icra başçısının xəyanətinə görə, ətrafıyla bərabər həbs edilməsi, onu göstərir ki, şəxsin məsuliyyəti olmasa, başqalarını da bundan sonra eyni aqibət gözləyir. Bu icra başçılarından, illər idi ki, sakinlərdən minlərlə şikayət məktubları gəlirdi, sosial şəbəkələrdə biyabırçılıqlar paylaşılırdı, onların vəzifələrindən sui-istifadə edib, dəyəri milyonlarla ölçülən sərvətlər, mülklər, şirkətlər sahibi olduqları söylənilirdi, övladlarının qudurğan həyat tərzləri nümayiş edilirdi, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə, sağlamlığın torpaq uğrunda müharibədə itirmişlərə sayğısızlığdan bəhs edilirdi, bunlar haqqında nə hüquq mühafizə orqanları, nədə ki, aidiyyatı qurumların başçıları ölçü götürmək barədə cəsarətləri çatmırdı. Deyilən və söylənilənlər görə, dövlət başçısı, bundan sonrada bu işi davam etdirib, bu kimi əməl sahiblərin bir-bir sıradan çıxardacaq və laiq olduğları məsuliyyətə cəlb etdirəcək.
Amma yenə bir şeyi unutmamalıyıq. ETMADIN yaratdığı MƏSULİYYƏT heç olmasa bundan sonra SƏDAQƏTLƏ əvəzlənməsin. Çünki, MƏSULİYYƏTİN kökündə SƏDAQƏTdə var. Məsuliyyət olmayan yerdə, sədaqətin sonu xəyanətə gətirib çıxarır, necəki çıxarıb....


Elxas COMƏRD

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930