atatv.az
atatv.az

İranda 2 terror qruplaşması zərərsizləşdirilib

6-05-2020, 20:06

İranda 2 terror qruplaşması zərərsizləşdirilib

İranda 2 terror qruplaşması zərərsizləşdirilib.

Atatv.az-ın məlumatına görə, İranın Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazirlik seperatçı qüvvələrə yaxın iki terror qruplaşmasının üzvlərini zərərsizləşdirib.

Məlumata əsasən qonşu ölkədən İran ərazisinə girən iki terror qruplaşma üzvləri İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr bölgəsində zərərsizləşdirilib. Terror qruplaşmasının 16 üzvü həbs olunub, onlardan 2 ədəd “Kalaşinkov” avtomatı, partlayıcı maddələr, tapança, 240 ədəd güllə müsadirə olunub.

Bildirilir ki, saxlanılan terroçulardan bəzisinin günahsız insanların qətlində əli olub. Həmçinin onlardan bəziləri İran İslam İnqilabı tərəfdarı olan şəxslərdən birinin övladını qətlə yetirib. //APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031