atatv.az
atatv.az

Prezident Vilyam Hacıyevin iş otağından tapılanlardan danışdı: "Vicdanlarını tam itiriblər”

7-05-2020, 18:06

Prezident Vilyam Hacıyevin iş otağından tapılanlardan danışdı: "Vicdanlarını tam itiriblər”

Prezident İlham Əliyev İmişlinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiq icra başçısı Vilyam Hacıyevin əməllərindən danışıb.

Atatv.az xəbər verir ki, ölkə başçısı V.Hacıyevin ictimai işlərə cəlb edilmiş şəxslərin əməkhaqqını mənimsədiyini bildirib:

“İcra başçılarının iş otaqlarından, onların yaxınlarının, köməkçilərinin iş otaqlarından yüzlərlə ödəmə kartı çıxır. Yüzlərlə... Mənə verilən məlumata görə, son tutulan icra başçısının otağından 114 ödəmə kartı çıxıb. Nə deməkdir bu? Biz bu kartı özünə iş tapa bilməyənlərə veririk, əvvəl də verirdik. İldə 30-40 min adamı çağırıb, ictimai işlərə cəlb edirdik. Onlar minimum əməkhaqqı səviyyəsində maaş alırlar. Amma icra başçıları onlara çatacaq kartı götürür, pulları mənimsəyir, kasıb adamlar da işsiz və pulsuz qalırlar. Bu, adi cinayətdirmi? Yox, bu, xəyanətdir. Bu adamlarda vicdan deyilən şey yoxdur. Vicdanlarını tam itiriblər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930