atatv.az
atatv.az

Bakıda bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur – Fotolar

28-05-2018, 19:55

Bakıda bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur – Fotolar
Nizami rayonu, Mehdi Abbasov küçəsində aylardır ki, dayanacaqlar var, ancaq avtobus yoxdur. Küçədə olan ən müasir dayanacaqda biri on min manata başa gələn nəqliyyatın intelektual idarəetmə sistemini özündə əks etdirən monitorlar, sərnişinlərin əyləşmələri üçün skamyalar da quraşdırılıb. Lakin marşrut xətti unudulub.

Musavat.com-un məlumatına görə, sakinlər şikayət edərək bildiriblər ki, əvvəllər buradan avtobus keçsə də, sonradan dayanacaqları saxlayıb, avtobusları yığışdırıblar: “Buradan əvvəl Binəyə, Sədərəyə, Zabrata işləyən avtobuslar keçirdi ki, onlar vasitəsilə metroya qədər gedirdik. İndi isə metroya getmək üçün gərək bir kilometrdən çox piyada yol gedək. Dayanacaq varsa, bu boyda küçədə nə üçün avtobus olmamalıdır?”.

Sakinlər bildiriblər ki, bu dayanacaqlarda hər gün kimlərsə dayanıb, avtobusun gəlməyini gözləyir. İnsanlar inanmırlar ki, dayanacaq quraşdırıldığı halda avtobus olmasın.

Sayt onu da qeyd edir ki, dayanacaqlar yolun hər iki tərəfində quraşdırılıb. Yolun üstündə şadlıq sarayları, stomatoloji klinikalar və hətta bu yaxınlarda açılışı olan Bona Dea Beynəlxalq Hospitalı da yerləşir.
Məsələ ilə bağlı küçənin sakinləri ötən il də sayta müraciət edib, öz şikayətlərini bildirmişdilər. Həmin vaxtı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev demişdi: “Problem tezliklə öz həllini tapacaq.

Yaxın vaxtlarda 15 və 40 nömrəli marşrut xətləri üzrə avtobusların son dayanacaq məntəqəsi məhz həmin ərazidəki məntəqəyə keçiriləcək. Məqsəd həm dediyiniz ərazidə sakinlərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq, həm də metronun “Qara Qarayev” stansiyası yaxınlığında avtobus dayanacaq məntəqəsindəki sıxlığı, avtobusların xaotik hərəkətini aradan qaldırmaqdır”.

Lakin artıq bir ildən çox vaxt keçib, problem isə hələ də öz həllini tapmayıb.
Bakıda bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur – Fotolar
Bakıda bu küçədə dayanacaqlar var, ancaq avtobus yoxdur – Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930