atatv.az
atatv.az

Azərbaycanın tanınmış aktrisası vəfat etdi - SON DƏQİQƏ

8-05-2020, 16:38

Azərbaycanın tanınmış aktrisası vəfat etdi - SON DƏQİQƏ

“O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

Aatav.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya T. Gözəlovanın qohumları məlumat verib. Qeyd olunub ki, 80 yaşlı aktrisa həyatını itirib.
Qeyd edək ki, T. Gözəlova AzTV-nin ilk diktorlarından biri olub, 1956-cı il mayın 1-də efirə çıxıb. Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930