atatv.az
atatv.az

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub, 44 nəfər sağalıb

9-05-2020, 19:28

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxub, 44 nəfər sağalıb

Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 2 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 620 nəfər müalicə olunaraq sağalıb, 31 nəfər vəfat edib, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188 950 test aparılıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031