atatv.az
atatv.az

Daha bir siyasi partiya dövlət qeydiyyatına alındı

9-05-2020, 21:38



Daha bir siyasi partiya dövlət qeydiyyatına alındı

Yəqin ki, tam əksəriyyət o haqda məlumatlıdır ki, siyasi partiyalar vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir. Adətən, siyasi partiyalar vətəndaş cəmiyyəti ilə hüquqi dövlət arasında əlaqələndirici vəsitə kimi çıxış edirlər. Hazırda dünyanın tam əksər ölkələrində çoxlu sayda siyasi partiyalar fəaliyyət göstərir və bu gün də siyasi partiyaların yaranması, formalaşması prosesi davam etməkdədir. Düzdür, hələ də politologiya elmində siyasi partiyaların meydana gəlmələri və formalaşmaları haqda müxtəlif fikirlər mövcuddur. Bu sahə üzrə mütəxəssis olanlardan bəziləri yazırlar ki, siyasət adlanan fəaliyyət növü meydana gəldiyi ilk günlərdən partiyalar mövcud olmuş, yalnız dəyişən onların funksiyaları və cəmiyyətin onlara bəslədikləri münasibətin varlığı olmuşdur.​

Siyasi partiyalar haqqında Qanunun tələblərinə görə siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər. Siyasi partiyalar ərazi əlaməti üzrə qurulur və dövlət, yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə heç bir halda yol verilmir. Siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının ən azından 1000 vətəndaşı onun üzvü olmalıdır. Məqsədi və ya fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiya quruluşunu və dünyəvi xarakterini zorakılıqla dəyişdirməyə, ərazi bütövlüyünü pozmağa, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etməyə, irqi, milli və dini ədavəti qızışdırmağa yönəlmiş siyasi partiyaların yaradılmasına və fəaliyyətinə yol verilmir. Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılması, fəaliyyət göstərmələri qanunla qadağan olunur.

Bir neçə gün bundan öncə, bir qədər dəqiq desək 07 may 2020-ci il tarixdə qeydiyyat nömrəsi 1120-P1-0058, qanuni təmsilçisi İbrahimov Əflan Həsən oğlu olan daha bir siyasi partiya- Müstəqil Xalq Partiyası (MXP) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində​ dövlət qeydiyyatına alındı. Müstəqil Xalq Partiyasının nizamnaməsində adı çəkilən bu qurumun fəaliyyət istiqamətləri açıq-aşkar şəkildə qeyd olunub. Başlıca məqsədi və gələcək fəaliyyətinin əsas istiqaməti dövlətimizə və xalqımıza xidmət etməyə yönlən bu siyasi qurumun dövlət qeydiyyatına alınması, məhz bu gün üçün daha çox diqqəti cəlb edən məsələlərdən biri oldu. Ona görə də, adı çəkilən bu qurumun qanuni təmsilçisinə və bütövlükdə üzvlərinin hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Müstəqil Xalq Partiyasının dövlət qeydiyyatına alınması bir daha onu sübut edir ki, bu gün Azərbaycanda siyasi partiyaların yaranması və formalaşması prosesi davam etməkdədir.

Rasafil Bayramov,

Müstəqil Xalq Partiyası (MXP), mətbuat xidmətinin rəhbəri

Daha bir siyasi partiya dövlət qeydiyyatına alındı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930