atatv.az
atatv.az

Həbib Nurməhəmmədovdan Ferqyusonun məğlubiyyəti ilə bağlı paylaşım

11-05-2020, 17:36

Həbib Nurməhəmmədovdan Ferqyusonun məğlubiyyəti ilə bağlı paylaşım
Xəbər verdiyimiz kimi, UFC-nin keçirdiyi turnir çərçivəsində qarışıq döyüş növləri (MMA) üzrə amerikalı çempion Castin Qetci həmvətəni Toni Ferqyusona qalib gəlib.

Həmin döyüşdən sonra MMA üzrə dünya çempionu Həbib Nurməhəmmədov öz sosial media hesabında “şərhsiz” yazaraq status paylaşıb.

Qeyd edək ki, Ferqyusonun rəqibi Həbib Nurməhəmmədov olmalı idi. Lakin koronavirus pandemiyasına görə sərhədlərin bağlanması səbəbindən bu döyüş baş tutmayıb.

Toni Ferqyuson isə bu məlum səbəbi nəzərə almadan Həbibi qorxaqlıqda ittiham etmişdi.

Bildirilir ki, Castin Qetcinin növbəti rəqibi Həbib Nurməhəmmədov olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031