atatv.az
atatv.az

Sağlam gələcək naminə biz birlikdəyik

13-05-2020, 10:39

Sağlam gələcək naminə biz birlikdəyik

AtaTV.az “Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk. Əziz həmvətənlərim, biz birlikdə xəstəliyin məhvedici dərəcədə tez yayılmasından öz evimizi qoruya bildik.” Bu sözləri xalqımıza müraciətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bildirmişdir. Mehriban xanım müraciətində onu da qeyd etmişdir ki, biz koronavirusla ilk döyüşdən qalib kimi çıxsaq da, bu acımasız bəla ilə mübarizəmiz hələ də davam edir. Bu mübarizədən tam qalib çıxmağımız üçün isə hal-hazırda ən çox ehtiyacımız olan birlik və anlayışdır.
Bu məcrada, daha öndə dəfələrlə toxunduğum məsuliyyət amilinin altından birdə xətt çəkmək istərdim. Hər birimizin gördüyü kimi bu çətin günlərdə hökumət tərəfindən xalqımızın normal yaşam tərzinə qayıtması üçün bütün lazımi tədbirlər görülür və əhalinin ehtiyacları nəzərə alınır. Bundan əlavə, pandemiyaya qarşı mübarizə potensialımızı artırmaq məqsədilə hər bir vasitə qiymətləndirilir. Bu yöndə keçdiyimiz günlərdə Cənab Prezident və Birinci vitse-prezidentimiz tərəfindən açılışı edilmiş modul tipli ilk xəstəxana kompleksini və orada yaradılan imkanları qeyd etmək olar. Bu tədbirlər fonunda xalqımızdan istənilən və gözlənilən yeganə şey vəziyyətin ciddiliyinin başa düşülməsi və özümüzün, ailələrimizin, dövlətimizin təhlükəsizliyinə və rifahına məsuliyyətlə yanaşmaqdır.
Bunları nəzərə alaraq, xalqımıza bir daha qoyulan qaydalara riayət etməyə, mövcud vəziyyətə laqeyd olmamağa sasləyirəm, çünki əks təqdirdə pandemiyanın ikinci dalğasının təsirləri daha da ağır olacaqdır.

Azərbaycan Respublikasının
Milli Məclisinin deputatı
Məzahir Əfəndiyev






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031