atatv.az
atatv.az

Millimizin sabiq baş məşqçisi koronavirusdan VƏFAT ETDİ

13-05-2020, 12:31

Millimizin sabiq baş məşqçisi koronavirusdan VƏFAT ETDİ

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti və qadın güləşi üzrə milli komandanın keçmiş baş məşqçisi Maqomed Əliömərov vəfat edib.

Bu barədə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.

"Bəli, koronavirus. İnanmaq istəməzdik. Bu qədər plan, vəzifə müəyyənləşdirmiş, xeyli enerji sərf etmişdik. O, öz ətrafında bütün qızları birləşdirmişdi".

Dağıstanlı mütəxəssis 68 yaşında dünyasını dəyişib. O, həyatının son günlərini xəstəxanada ağ ciyərləri süni nəfəs aparatına qoşulmuş vəziyyətdə keçirib.

Qeyd edək ki, Maqomed Əliömərov AGF-də vitse-prezident vəzifəsinə 2007-ci ildə təyin olunub. O, 2012-ci il London Yay Olimpiya Oyunlarınadək qadın güləşi üzrə millinin də baş məşqçisi olub. 2019-cu ilin fevralından isə Əliömərov Rusiyanın eyni növ üzrə yığmasına rəhbərlik edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031