atatv.az
atatv.az

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ AÇIQLAMA

13-05-2020, 18:20

SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ AÇIQLAMA


“Üç saatlıq icazə müddətindən 5-10 dəqiqə keçibsə, şəxsə güzəşt edilir”.

Metbuat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.
Ə.Baqişev qeyd edib ki, yollarda heç bir tıxac olmadığından vətəndaş bu müddət ərzində öz işlərini sərbəst yerinə yetirə bilir:

“Xüsusi karantin rejimi qaydalarına görə, vətəndaşlara küçəyə çıxması üçün üç saat icazə verilir.

Ola bilər ki, həkim müayinəsi zamanı üç saatlıq icazə müddəti bitər. Bu halda şəxs həkim arayışı əsasında rahat yaşayış yerinə qayıda bilər. Digər hallarda isə vəziyyətə uyğun qərar verilir. Üç saat tamam olubsa, 5-10 dəqiqə gecikmə varsa, evləri 50 metr aralıdadırsa, bu halda güzəşt edilir.

Ümumiyyətlə, polis əməkdaşlarının vəzifəsi vətəndaşları cərimələmək yox, onların sağlamlıqlarını qorumaqdır. Bunu birmənalı şəkildə bilmək lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930