atatv.az
atatv.az

Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 44 nəfər sağaldı

14-05-2020, 16:59

Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 44 nəfər sağaldı

Azərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Atatv.az-a bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930