atatv.az
atatv.az

Karantin qaydalarını pozan sürücülərin sayı açıqlandı

15-05-2020, 10:44

Karantin qaydalarını pozan sürücülərin sayı açıqlandı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son sutka ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.


BDYPİ-dən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 14 may 2020-ci il, saat 00:00-dan 15 may 2020-ci il saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 53 958 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930