atatv.az
atatv.az

Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur

15-05-2020, 15:28

Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur

Gəncədə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir. Gəncə Şəhər İcra
Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin və Gəncə Baş Polis İdarəsi
əməkdaşlarının iştirakı ilə keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər
aparılır, tibbi maskalar paylanılır, xüsusi karantin rejimi qaydalarını pozanlar barəsində
isə qanunamüvafiq qaydada tədbir görülür.
Növbəti belə reyd Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə
Şəhər Baş Polis İdarəsin rəisi Əkbər İsmayılovun iştirakı ilə baş tutub. Onlar şəhərdə
fəaliyyət göstərən iri market və mağazalarda, geyim dükanları və apteklərdə, o
cümlədən ictimai nəqliyyatda xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl
edildiyi ilə yerində tanış olublar.
Xüsusi karantin rejimi tələblərinin icrasına nəzarətin gücləndirilməsi nəticə verməkdədir.
Belə ki, xidmət sahələrinin işçiləri fəaliyyətlərini tibbi maska və əlcəkdə davam etdirirlər.
Sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin hamısına isə xüsusi qabda
dezinfeksiyaedici məhlullar yerləşdirilib. Gəncənin apteklərində də yetərli sayta tibbi
maska, əlcək və spirt mövcuddur.
Bank və ATM-lərin qarşısında növbə gözləyən sakinlər arasında sosial məsafənin
qorunmasına da diqqət yetirilir. Şəhər sakinləri arasında tibbi maskadan istifadə
edənlərin sayı da nəzərə çarpacaq dərəcədə artıb.
Reyd zamanı sakinlərlə maairfləndirici söhbətlər də aparılıb. COVİD-19 infeksiyasının
geniş yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin tələblərinə və
sosial izolyasiya qaydalarına əməl edilməsinin önəmi bir daha xatırladılıb. Söhbət
zamanı bəzi sakinlər öz sosial problemlərini də dilə gətiriblər. Niyazi Bayramov
müraciətlərin araşdırılaraq, dərhal həll edilməsi istiqamətində tapşırıq verib.
Reyd zamanı xüsusi karantin rejimi qaydalarını pozan sakinlər barəsində
qanunamüvafiq formada tədbir görülüb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan mobil qrupların
üzvlərinin də aktiv şəkildə iştirak etdiyi reyd və maarifləndirici tədbirlə davam etdiriləcək.

AtaTv.az

Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur
Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur
Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur
Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur
Gəncədə xüsusi karantin rejimi qaydalarının icrasına ciddi nəzarət olunur






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930